Metroda problem -  sərnişinlər düşürüldü

09:55 13.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metropolitenində qatarda problem yaranıb.

Metropolitenin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib.

 

"Qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən "Neftçilər" stansiyasında, normativ qaydalara görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Əlavə qatar verilib", -B.Məmmədov deyib.